Pan Gi Mun Barak Obamanı təkbətək qolf oyununa dəvət edib

Pan Gi Mun Barak Obamanı təkbətək qolf oyununa dəvət edib BMT-ın baş katibi Obamaya tezliklə onların ikisinin də işsiz olacağını xatırladıb
Maraqlı
21 Sentyabr , 2016 03:20
Pan Gi Mun Barak Obamanı təkbətək qolf oyununa dəvət edib

Bakı. 21 sentyabr. REPORT.AZ/ BMT-nin Baş katibi Pan Gi Mun Baş Assambleyanın iclasında iştirak üçün Nyu-Yorka gəlmiş ABŞ prezidenti Barak Obamanı qolf meydançasında təkbətək oyuna dəvət edib.

"Report" xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Məlumata görə, rəsmi ziyafətin gedişatında BMT-ın baş katibi Obamaya tezliklə onların ikisinin də işsiz olacağını xatırladıb.

"Biz məşğuliyyət tapmalıyıq. Sizi qolf oyununda təkbətək görüşə çağırıram. Qolf oynayaq", - deyə Pan Gi Mun bildirib.

Qeyd edək ki, BMT-ın baş katibi Baş Assambleyanın iclasında iştirak üçün Nyu-Yorka gəlmiş təşkilata üzv dövlətlərin rəhbərləri üçün nahar ziyafəti təşkil edib. 

Son xəbərlər

Orphus sistemi