​Nikaraqua prezidentinin evini su basıb

​Nikaraqua prezidentinin evini su basıb Prezidentin xanımı: "Heç kim inanmaz, ancaq ötən gün evimizin içində su topuqdan idi"
Maraqlı
4 İyun , 2015 12:10
​Nikaraqua prezidentinin evini su basıb

Bakı. 4 iyun. REPORT.AZ/ Nikaraquada yağan leysan nəticəsində ölkə prezidenti Daniel Orteqanın evi də daxil olmaqla iki min tikilini su basıb.

"Report" "RiA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Nikaraqua hökuməti məlumat yayıb.

"Heç kim inanmaz, ancaq ötən gün evimizin içində su topuqdan idi", - Nikaraqua prezidentinin xanımı Rosario Murilo bildirib.

Onun sözlərinə görə, prezidentin evindən suyu xəkəndaz və vedrə ilə yığıblar: "Bu işdə bizə dövlət başçısının evdəki köməkçiləri, hərbçilər və polislər yardım edib".

Rosario Murilo deyib ki, güclü yağış nəticəsində on mindən çox insanın ev əşyası ziyan görüb, 9 xəstəxana batıb, xəstələr təxliyyə olunub.

İki saat ərzində aylıq norma miqdarında yağış yağıb. 

Son xəbərlər

Orphus sistemi