​İspaniyada insanlar attraksionda 40 metr hündürlükdə ilişib qalıb - VİDEO

​İspaniyada insanlar attraksionda 40 metr hündürlükdə ilişib qalıb - VİDEO Qurğuda ümumilikdə 22 nəfər olub
Maraqlı
12 İyul , 2015 08:13
​İspaniyada insanlar attraksionda 40 metr hündürlükdə ilişib qalıb - VİDEO

Bakı. 12 İyul. REPORT.AZ/ İspaniyada attraksiona minən 22 nəfər 40 metr hündürlükdə ilişib qalıb.

"Report" "El Correo" nəşrinə istinadən xəbər verir ki, insident Barakaldo şəhərində baş verib.

Yanğınsöndürənlər siyirtmə yanğın nərdivanı vasitəsi ilə attraksionda qalan park ziyarətçilərini bir-bir aşağı endiriblər.

Atrraksionda qəza enişi sisteminin işləmədiyi bildirilir. İlkin məlumatlara görə, attraksion sahibinin bütün sənədləri qaydasında olub. Qəzaya qurğunun mexaniki hissələrindən birinin işləməməsinin səbəb ola biləcəyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi