​Almaniyada Napoleonun təqribən 200 əsgərinin qalığı tapılıb

​Almaniyada Napoleonun təqribən 200 əsgərinin qalığı tapılıb Söhbət Böyük Ordunun 1813-cü ildə ölən əsgərlərindən gedir
Maraqlı
18 Sentyabr , 2015 05:46
​Almaniyada Napoleonun təqribən 200 əsgərinin qalığı tapılıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Frankfurtda gələcək yaşayış kompleksinin tikinti meydançalarından birində Napoleonun Böyük Ordusunun 200-ə yaxın əsgərinin qalıqları tapılıb.

"Report" xəbər verir ki, bu barədə Frankfurt meri Olaf Kunits məlumat verib.

"Biz güman edirik ki, burada təqribən 200 nəfər dəfn edilib", – deyə o bildirib.

Olaf Kunits qeyd edib ki, "ilkin qiymətləndirmələrə görə, söhbət Böyük Ordunun 1813-cü ildə Fransaya geri qayıdarkən yolda həlak olan əsgərlərindən gedir".

Mer xatırladıb ki, Leypsiqdə acı məğlubiyyətdən sonra Fransaya qayıdarkən Frankfurt yaxınlığında yerləşən Hanau şəhərində döyüş baş verib. Həmin vaxt Napoleon 15 mindən çox əsgərini itirib.

Son xəbərlər

Orphus sistemi