ABŞ-ın bütün ştatlarında homoseksualların nikah qanunu qüvvəyə minir

ABŞ-ın bütün ştatlarında homoseksualların nikah qanunu qüvvəyə minir ABŞ prezidenti Brak Obama Twitter səhifəsində yazıb ki, bu, bərabərlik istiqamətində atılan böyük bir addımdır
Maraqlı
27 İyun , 2015 03:11
ABŞ-ın bütün ştatlarında homoseksualların nikah qanunu qüvvəyə minir

Bakı. 27 İyun. REPORT.AZ/ ABŞ-ın Ali Məhkəməsi eynicinsli evliliklərin qanuni olduğuna dair hökm çıxarıb.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, məhkəmə Amerika konstitusiyasının hər bir vətəndaşın eyni şəkildə müdafiəsini irəli sürdüyünü bildirərək, eynicinli nikahların yasaqlanmaması qərarına gəlib.

Amerikanın 36 ştatı və Vaşiqnton mahalında bu kimi nikahlar artıq qanuni hesab edilir.

Ali Məhkəmənin hökmü bütün 50 ştata şamil edilir.

ABŞ prezidenti Brak Obama Twitter səhifəsində yazıb ki, bu, bərabərlik istiqamətində atılan böyük bir addımdır. “Homoseksuallar hər kəs kimi artıq evlənmək hüququ əldə edib”-deyə prezident bildirib.

Ali Məhkəmənin hökmü 1967-cı ildə irqlərarası nikahın qanuniləşməsindən sonra evlilik qanunlarında daha bir inkişaf hesab edilir.

Son xəbərlər

Orphus sistemi