​ABŞ-da səhvən 40 il həbsdə yatan kişi azad edilib

​ABŞ-da səhvən 40 il həbsdə yatan kişi azad edilib Slec 1976-cı ildə qətllərdə şübhəli bilinərək ömürlük həbs cəzasına məhkum edilmişdi
Maraqlı
24 Yanvar , 2015 08:27
​ABŞ-da səhvən 40 il həbsdə yatan kişi azad edilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Amerikanın Uaytvill (Şimali Karolina ştatı) şəhər məhkəməsi səhvən çıxarılan qərar əsasında ömrünün 40 ilini həbsdə keçirən 70 yaşlı Cozef Slecin azad edilməsi barədə qərar qəbul edib.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, 1976-cı ildə Slec 74 yaşlı qadını və onun 57 yaşlı qızını qətlə yetirməkdə şübhəli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

Lakin bu yaxınlarda aparılan DNT ekspertizası göstərib ki, onun törədilən cinayətlərdə əli yoxdur.

Eyni zamanda, əsas şahidlərdən biri öz ifadəsindən imtina edib.

Yeni təfərrüatların öyrənilməsindən sonra məhkəmə Sleci günahsız bilib.

Azadlığa çıxan məhbus jurnalistlərə müsahibəsində "indi əsl çarpayıda yatmağa hazırlaşdığını və ola bilsin ki, hovuzda çiməcəyini" bildirib.

Son xəbərlər

Orphus sistemi