​ABŞ-da 50 milyonda bir rast gəlinən hadisə baş verib - FOTO

​ABŞ-da 50 milyonda bir rast gəlinən hadisə baş verib - FOTO Üçəmin atası: "Bizim genetik lotoreyamız udub"
Maraqlı
19 Sentyabr , 2015 10:19
​ABŞ-da 50 milyonda bir rast gəlinən hadisə baş verib - FOTO

Bakı. 19 sentyabr. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərinin sakinləri Censon və Kelli Fenli cütlüyünün mütləq dərəcədə biri-birinə bənzəyən körpələri dünyaya gəlib.

"Report" ABŞ KİV-inə istinadən xəbər verir ki, onların 2 yaşlı qardaşı Eyden üçəmləri bir-birindən ayıra bilmədiyi üçün eyin adla çağırır.

Körpələr vaxtından 2 ay tez doğulublar. Yeni doğulan oğlan körpələrinin çəkiləri 1,3 kq olub.

Statistikaya əsasən, mütləq dərəcədə bir-birinə oxşayan 50 milyonda bir əkiz və ya üçəm dünyaya gəlir.

"Bəzi insanlar lotoreya alıb udur. Bizimsə genetik lotoreyamız udub, çox xoşbəxtik", - üçəmlərin atası, 38 yaşlı Ceyson Fenli bildirib.

Valideynləri körpələri bir-birindən ayırmaq üçün ayaq barmaqlarını boyayır, elə onları həmin rəngdə də geyindirirlər.

Son xəbərlər

Orphus sistemi