Zukerberq Roma Papasına PUA hədiyyə edib

Zukerberq Roma Papasına PUA hədiyyə edib Mark Zukerberq: "Biz, həmçinin xüsusilə dünyanın internetə çıxışı olmayan yerlərində insanlar arasında əlaqənin əhəmiyyətini müzakirə etdik"
Maraqlı
30 Avqust , 2016 11:11
Zukerberq Roma Papasına PUA hədiyyə edib

Bakı. 30 avqust. REPORT.AZ/ "Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq Roma Papası Fransisk ilə görüşdə ona qeyri-adi hədiyyə təqdim edib. Belə ki, hədiyyə hətta dünyanın ən uzaq guşələrində internetə çıxışı təmin edə bilən günəş batareyalı pilotsuz uçan aparat (PUA) olub.

"Report" xəbər verir ki, bu barədə M.Zukerberqin özü "Facebook" səhifəsində yazaraq Papa ilə şəklini paylaşıb.

"Biz, həmçinin xüsusilə dünyanın internetə çıxışı olmayan yerlərində insanlar arasında əlaqənin əhəmiyyətini müzakirə etdik. Ona günəş enerjisiylə işləyən "Aquila" modelli PUA verdik və o, internetə çıxışın olmadığı yerlərdə insanları internetə qoşacaq", - deyə M.Zukerberq yazıb.

O, bu görüşü heç vaxt unutmayacaqlarını və həyat yoldaşı ilə birlikdə Papanın insanlara yardım haqqında necə dərindən düşündüyünü hiss etdiklərini qeyd edib.

Son xəbərlər

Orphus sistemi