​"Google" Rusiyadakı texniki bölməsini bağlayır

​"Google" Rusiyadakı texniki bölməsini bağlayır Məsullar bunun səbəbini açıqlamır
Maraqlı
12 Dekabr , 2014 15:07
​Google Rusiyadakı texniki bölməsini bağlayır

Bakı. 12 dekabr. REPORT.AZ/ İnternet nəhəngi olan "Google" texniki heyətini Rusiyadan çıxarır.

"Report" "newsru.com"a istinadən xəbər verir ki, şirkətin satış, istifadəçi dəstəyi, marketinq və əməkdaşlıq üzrə mütəxəssisləri Rusiyada qalacaq. Dəyişiklik yalnız mühəndislərə aid olacaq.

"Biz rusiyalı istifadəçilərimizi yüksək dəyərləndiririk. Onlara dəstək üçün bizim xüsusi komandamız var", - "Google"un rəsmi təmsilçisi bildirib. 

Bunula belə, o, şirkətin Rusiyadakı texniki bölməsinin bağlanmasını şərh etməkdən imtina edib.

"The Wall Street Journal" "Google"u bu addımı atmağa məcbur edən səbəbin Rusiyanın qanunvericiliyindəki dəyişiklik olduğunu ehtimal edir.

Xatırladaq ki, keçən il şirkətin başçısı Erik Şmidt Rusiyanın Çini təkrarladığını, internetə qarşı fəal siyasət yürütdüyünü deyib.

Məlumatda bildirilib ki, bununla belə, "Google" 2015-ci ildə Rusiyaya sərmayə qoyuluşunu artırmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi