“Danışaq?” layihəsinin qonağı Salman Qəmbərov: Azərbaycan gəncləri caza maraq göstərirlər

“Danışaq?” layihəsinin qonağı Salman Qəmbərov: Azərbaycan gəncləri caza maraq göstərirlər Azərbaycan gəncləri və gənc musiqiçilər caza maraq göstərirlər.
Maraqlı
16 Fevral , 2024 19:36
“Danışaq?” layihəsinin qonağı Salman Qəmbərov: Azərbaycan gəncləri caza maraq göstərirlər

Azərbaycan gəncləri və gənc musiqiçilər caza maraq göstərirlər.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Xalq artisti, musiqiçi, cazmen, bəstəkar Salman Qəmbərov jurnalist Həmid Həmidovun “Danışaq?” layihəsinin yeni buraxılışında deyib.

Onun sözlərinə görə, lakin caz musiqisinin ifasına dərhal başlamaq lazım deyil: “Məsələn, əgər siz klarnet ifa edirsinizsə, dərhal saksafona keçməyin. İlk öncə klarnetdə yaxşı proqram ifa edin, bacarıq əldə edin, daha sonra istiqaməti dəyişin... Musiqiçi əvvəlcə Şopeni, Baxı, klassik proqramı ifa etməlidir”.

S.Qəmbərov qeyd edib ki, indi Azərbaycanda musiqi zövqünün primitivləşdirilməsi tendensiyası müşahidə olunur: “Bunlar (müasir “mahnı”lar) deqradasiyadır və onların musiqi ilə heç bir əlaqəsi yoxdur. Bu vəziyyəti bir nəfər və ya bəstəkar düzəldə bilməz. Lakin bu mümkündür”.

Bundan başqa, cazmen Azərbaycanda “toy şou-biznesi”, televiziya, etno-caz və caz muğamı və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

Son xəbərlər

Orphus sistemi