​“Zaminbank”ın İsmayıllı filialı yeni ünvana köçüb

​“Zaminbank”ın İsmayıllı filialı yeni ünvana köçüb Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycanın “Zaminbank” ASC-nin “İsmayıllı” filialı yeni ünvanda fəaliyyət göstərəcək. Bu barədə “Report”a Bankın mərk...
Maliyyə
1 Oktyabr , 2014 17:13
​“Zaminbank”ın İsmayıllı filialı yeni ünvana köçüb
Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycanın “Zaminbank” ASC-nin “İsmayıllı” filialı yeni ünvanda fəaliyyət göstərəcək. Bu barədə “Report”a Bankın mərkəzi ofisindən məlumat verilib.

İsmayıllı şəhəri, Nizami küçəsi,37 ünvanında yerləşən İsmayıllı tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi, kreditlərin (təminatlı və /və ya təminatsız) verilməsi, o cümlədən, istehlak və ipoteka kreditləşməsi və digər kredit növləri, fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi, ödəniş vasitələrinin (o cümlədən, kredit və debet kartlarının) buraxılması, öhdəliklərin icrasına təminatların, o cümlədən, qarantiyaların verilməsi və öz hesabına və ya müştərinin hesabına akkreditivlərin açılması və kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi xidmətlərini göstərir.

Filial fiziki şəxlərə hesab açmadan «Caspian Money Transfer», «Western Union», «Contact» və «Inter Express» sürətli pulköçürmə sistemləri üzrə köçürmələr həyata keçirir. Həmçinin filial kommunal xidmətlər (qaz, enerji, su) və mobil operatorlar üzrə ödənişləri qəbul edir.

Son xəbərlər

Orphus sistemi