​Yunanıstanda banklar gələn həftə açılacaq

​Yunanıstanda banklar gələn həftə açılacaq Gündəlik pul çəkmə limiti davam edəcək
Maliyyə
18 İyul , 2015 14:52
​Yunanıstanda banklar gələn həftə açılacaq

Bakı. 18 iyul. REPORT.AZ/ Yunanıstanda bankların 20 iyulda açılacağı gözlənilir.

"Report"un dünya mətbuatına istinadən verdiyi xəbərə görə, bankların açılmasına baxmayaraq 60 avroluq pul çəkmə limiti davam edəcək. Bununla birlikdə 20 iyuldan etibarən gündəlik pul limitini istifadə etməyən bank müştərisi bundan sonrakı gün istifadə edə biləcək.

Qeyd edək ki, iyunun 29-dan beynəlxalq kreditorlarla razılıq haqda referendumun elan edilməsindən sonra əhali tərəfindən banklardan külli miqdarda vəsaitin çıxarılmasının qarşısını almaq və bankları müflisləşməkdən qurtarmaq üçün onların 6 iş günü müddətinə bağlanması haqda qərar qəbul edilmişdi. Daha sonra isə bu müddət uzadılaraq hələ də davam edir. Yunanıstan Banklar Birliyi bankomatdan çəkilən pullara limit qoyub (gündəlik - 60 avro).

Bildirək ki, Yunanıstanda yaşanan nağd pul qıtlığı səbəbi ilə ölkənin bəzi şəhərlərində Türk lirəsi və Bolqarıstan levindəm istifadə edilməyə başlanılıb. İyunun 29-dan bağlanan bankların açılması üçün deyilən müddət artdıqca sakinlərin nağd pul problemi get-gedə böyüyür, buna görə də Yunanıstanda bir sıra iş yerləri, böyük marketlər və s. ödəniş vasitəsi kimi daha sabit valyuta hesab olunan lev və lirəni qəbul edirlər.

Son xəbərlər

Orphus sistemi