​"Unicapital" nizamnamə kapitalını 50% artırıb

​"Unicapital" nizamnamə kapitalını 50% artırıb "Unicapital"ın investisiya şirkətinə çevrilməsi planlaşdırılır
Maliyyə
23 Noyabr , 2015 16:39
​Unicapital nizamnamə kapitalını 50% artırıb

Bakı. 23 noyabr. REPORT.AZ/ "Unibank" ASC-nin səhmdarı olduğu “Unicapital” ASC-nin nizamnamə kapitalı artırılıb. Bu barədə "Report"a "Unibank"ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “Unicapital”ın nizamnamə kapitalı səhmlərin nominal dəyərinin artırılması yolu ilə baş tutub. Səhmlərin nominalı 2 manatdan 3 manata yüksəlib və Unibank “Unicapital”ın 100 faizlik səhmdarı olaraq şirkətin nizamnamə kapitalına 100 min manat vəsait əlavə edib. Bununla da “Unicapital”ın nizamnamə kapitalı 300 min manata çatdırılıb. Hazırda “Unicapital”ın investisiya şirkətinə çevrilməsi planlaşdırılır.

“Unicapital” ASC dövlət qiymətli kağızlar bazarında göstərilən xidmətlərin həcminə görə broker şirkətlərin oktyabr ayı üçün renkinqinə başçılıq edir. Bakı Fond Birjasının analitik şöbəsinin hesablamalarına əsasən, şirkətin müştərilərə göstərdiyi xidmətlərin həcmi 241,3 mln. manat olub.

Son xəbərlər

Orphus sistemi