​"Turan Bank" ASC "3D Secure" texnologiyasını tətbiq edib

​"Turan Bank" ASC "3D Secure" texnologiyasını tətbiq edib Bu texnologiyanın tətbiqi internetdə dələduzluq əməliyyatlarının keçirilmə risklərini minimuma endirir
Maliyyə
23 Yanvar , 2015 13:02
​Turan Bank ASC 3D Secure texnologiyasını tətbiq edib

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC müştərilərinə internetdə təhlükəsiz kart əməliyyatları aparmaq üçün "3D Secure" xidmətini göstərməyə başlayıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, "3D Secure" texnologiyasının tətbiqi, internet saytlarında dələduzluq əməliyyatlarının keçirilmə risklərini minimuma endirir və internetdə əməliyyat aparan müştərilərin vəsaitlərini qorumağa imkan verir. Belə ki, "3D Secure" texnologiyası kart məlumatları sızdıqda belə, kartın digər şəxslər tərəfindən internetdə istifadəsini mümkünsüz edir. Əməliyyatların təhlükəsizliyi birdəfəlik şifrənin daxil edilməsi məcburiyyəti ilə təmin edilir. Şifrəni iki üsulla - bankomatda (ATM) birdəfəlik şifrələr siyahısını çap etdirərək və ya SMS vasitəsi ilə (bu halda "SMS Xəbərdarlıq" xidmətinə qoşulmaq mütləqdir) əldə etmək mümkündür.

"3D Secure" proqramında qeydiyyatdan www.azericard.com/3d saytı vasitəsilə keçmək mümkündür. Qeydiyyatdan sonra, bu texnologiyanı dəstəkləyən saytlarda (Bankın kart müştəriləri üçün "MasterCard SecureCode" loqotipi ilə işarələnir) alış-veriş zamanı kart rekvizitlərini qeyd etməklə, əlavə olaraq, birdəfəlik şifrəni də daxil etmək lazım olacaq. Bu üsul təhlükəsizliyi təmin etməklə yanaşı, internet ödəmələrini daha cəlbedici edir. Xidmət pulsuzdur.

Son xəbərlər

Orphus sistemi