Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC müştərilərinə internetdə təhlükəsiz kart əməliyyatları aparmaq üçün "3D Secure" xidmətini göstərməyə başlayıb.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, "3D Secure" texnologiyasının tətbiqi, internet saytlarında dələduzluq əməliyyatlarının keçirilmə risklərini minimuma endirir və internetdə əməliyyat aparan müştərilərin vəsaitlərini qorumağa imkan verir. Belə ki, "3D Secure" texnologiyası kart məlumatları sızdıqda belə, kartın digər şəxslər tərəfindən internetdə istifadəsini mümkünsüz edir. Əməliyyatların təhlükəsizliyi birdəfəlik şifrənin daxil edilməsi məcburiyyəti ilə təmin edilir. Şifrəni iki üsulla - bankomatda (ATM) birdəfəlik şifrələr siyahısını çap etdirərək və ya SMS vasitəsi ilə (bu halda "SMS Xəbərdarlıq" xidmətinə qoşulmaq mütləqdir) əldə etmək mümkündür.
"3D Secure" proqramında qeydiyyatdan