Səhm bazarlarından son 3 ayın rekord kapital axını baş verib

Səhm bazarlarından son 3 ayın rekord kapital axını baş verib Oktyabr ayı maliyyə bazarları üçün ağır keçəcək
Maliyyə
24 Sentyabr , 2016 15:16
Səhm bazarlarından son 3 ayın rekord kapital axını baş verib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Sentyabrın 15-dən 21-nə qədərki bir həftə ərzində bütün dünyada investorlar 7,4 mlrd. ABŞ dolları məbləğində vəsaiti səhm bazarından çıxarmağa qərar veriblər. 

"Report" "Bank of America Merril Lynch"e istinadən xəbər verir ki, bu səhm fondlarından son 3 ayda çıxarılan ən iri həcmli vəsaitdir. 

Bank bunu ABŞ Federal Ehtiyat Sisteminin və Yaponiya Mərkəzi Bankının verəcəyi qərarlarla bağlı qeyri-müəyyənliyin hökm sürməsi ilə izah edir. Bununla bərabər investorlar 15,6 mlrd. dollar vəsaiti pul bazarı fondlarına yatırıblar. Təkcə istiqraz fondları hesabat həftəsində 3,8 mlrd. dollar vəsait cəlb edib. 

Son 3 ayda ilk dəfə inkişaf etməkdə olan ölkələrin səhm fondlarından cüzi - təxminən 100 mln. dollar kapital axını olub.  Bu kateqoriyadan olan ölkələrin pul bazarı fondlarından isə 1,2 mlrd. dollar vəsait çıxarılıb. 

ABŞ səhm fondlarından kapital axını hesabat həftəsində 7,7 mlrd. dollarla son 3 ay üzrə maksimal həddə çatıb. Avropa səhmlərindən imtina isə 1,8 mlrd. dollarla son 33 həftənin rekordunu vurub. Əvəzində Yaponiyaya vəsait axını 2,4 mlrd. dollar təşkil edib.  

"Report"un analitik qrupu hesab edir ki, noyabrın 8-də ABŞ-da keçiriləcək seçkiləi ərəfəsində maliyyə bazarlarının, xüsusilə qiymətləri onsuz da yüksək olan səhm bazarlarında kəskin satış ola bilər. Ümumiyyətlə, oktyabr ayının maliyyə bazarları üçün ağır keçəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi