​Qara Dəniz Ticarət və İnkişaf Bankı ötən il Azərbaycanda 75 mln. dollar kredit ayırıb

​Qara Dəniz Ticarət və İnkişaf Bankı ötən il Azərbaycanda 75 mln. dollar kredit ayırıb Bu vəsait “Şahdəniz-2” və quşçuluq müəssisəsi layihələrinin icrasına sərf olunub
Maliyyə
16 İyun , 2016 13:57
​Qara Dəniz Ticarət və İnkişaf Bankı ötən il Azərbaycanda 75 mln. dollar kredit ayırıb

Bakı. 16 iyun. REPORT.AZ/ Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) 2015-ci ildə Azərbaycanda iki layihənin ortaq maliyyələşməsi üçün 75 mln. ABŞ dolları məbləğində kredit vəsaiti ayırıb. “Report” xəbər verir ki, bu barədə Bankın 2015-ci il üzrə illik hesabatında qeyd olunub.

Məlumata görə, ötən il BSTDB “Şahdəniz-2” layihəsi üçün 60 mln. dollar ayırıb. Ümumi dəyəri 2,843 mlrd. dollar olan bu birgə maliyyələşmə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Asiya İnkişaf Bankı (ADB) ilə ortaq həyata keçirilib.

Bankın Azərbaycanda maliyyələşdirdiyi digər layihə isə Ucar rayonunda yerləşən quşçuluq müəssisəsi ilə bağlı olub ki, maliyyələşmənin məbləği 15 mln. dollar olub. Bu layihə də Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu ilə ortaq maliyyələşdirilib və ümumi maliyyələşmə məbləği 55,5 mln. dollar olub.

Son xəbərlər

Orphus sistemi