​"PAŞA Sığorta"nın rəhbərliyində dəyişiklik olub

​"PAŞA Sığorta"nın rəhbərliyində dəyişiklik olub Şirkətin Direktor Şurasına yeni üzv seçilib
Maliyyə
27 İyul , 2016 10:22
​PAŞA Sığortanın rəhbərliyində dəyişiklik olub

Bakı. 27 iyul. REPORT.AZ/ "PAŞA Sığorta" ASC-nin Direktor Şurasında (DŞ) dəyişiklik olub. "Report" xəbər verir ki, İbrahim İbrahimov DŞ-ya üzv seçilib.

O, bu vəzifədə Fariz Əzizovu əvəz edib. Xatırladaq ki, F.Əzizov həm də "Bakı Fond Birjası" QSC-nin İdarə Heyətinin sədri vəzifəsini tutur.

Qeyd edək ki, "PAŞA Sığorta" şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 250 manat olan 40 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "PAŞA Holdinq"ə məxsusdur.

Son xəbərlər

Orphus sistemi