Nikolay Kurayev: "Unibank Mobile" bütün mümkün funksiyaları özündə birləşdirən mükəmməl xidmətdir"

Nikolay Kurayev: "Unibank Mobile" bütün mümkün funksiyaları özündə birləşdirən mükəmməl xidmətdir" Şirkət rəhbəri: "Unibank Mobile" tezliklə ən çox istifadə olunan mobil əlavələr siyahısında olacaq"
Maliyyə
7 İyun , 2016 16:26
Nikolay Kurayev: Unibank Mobile bütün mümkün funksiyaları özündə birləşdirən mükəmməl xidmətdir

Bakı. 7 iyun. REPORT.AZ/ "Unibank Mobile", müştərilərin gözlədiyi və arzuladığı bütün mümkün funksiyaları özündə birləşdirən mükəmməl mobil bankçılıq xidmətidir. 

"Report"un "Unibank" ASC-yə istinadən verdiyi xəbərə görə, bu barədə "ScienceSoft" şirkətinin baş direktoru Nikolay Kurayev bankların texnoloji yenilikləri barədə danışarkən deyib.

"Azərbaycanın banklarında son 4-5 ildə internet bankçılıq xidmətlərindən istifadə olunur. "Mobil Banking" xidməti üzərində isə son 2-3 ildə işlənilir. Biz bu yaxınlarda Azərbaycan bank bazarında ilk "Mobil Banking" xidmətlərindən olan "Unibank Mobile"ın hazırlanmasında iştirak etdik. "ScienceSoft" və "Unibank" mütəxəssislərinin birgə əməyi nəticəsində yaradılan "Unibank Mobile" xidməti, müştərilərin gözlədiyi və arzuladığı bütün mümkün funksiyaları özündə birləşdirən mükəmməl xidmətdir", - deyə N.Kurayev qeyd edib.

O bildirib ki, mobil əlavə bütün təhlükəsizlik tələblərinə cavab verir və "Asan İmza" funksiyalarına uyğun işlənilib: "Bu əlavəni hər bir müştəri üçün fərdi məlumatlar əsasında hazırladıq. İstifadəçi şəxsin məlumatları əsas menyuda göstərilir, müştərinin balansı, etdiyi əməliyyatlar, yaxın müddətdə edəcəyi ödənişlər hamısı mobil əlavədə yerləşdirilib. Həmçinin, "Unibank Mobile" müştəriyə imkan verir ki, bankın son yeniliklərindən, kampaniyalarından ən tez məlumat ala bilsinlər".

"Biz əminik ki, "Unibank Mobile" tezliklə ən çox istifadə olunan mobil əlavələr siyahısında olacaq və müştərilər bu xidmətdən faydalanacaqlar. Bildiyim qədər, Bank ilk mərhələdə müştəri bazasının 25-30%-nin "Mobil Banking" xidmətindən faydalanmasında maraqlıdır. Hədəf "Unibank" müştərisinin Banka gəlmədən, bütün bank məhsul və xidmətlərinin 90-95%-dən öz telefonunda istifadə etmək imkanının yaradılmasıdır. Qoşulması çox asan olan "Unibank Mobile" bankın müştərisinə təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir", - deyə şirkət rəhbəri əlavə edib.

"ScienceSoft"un baş direktoru bildirib ki, mövcud tendensiyalar yaxın 5 ildə müştərilərin bank xidmətləri üçün banka gəlişinin minimuma enəcəyini göstərir: "Hər kəs bank xidmətinlərindən elə öz mobil telefonundan faydalanacaq. Hətta proqnozlar var ki, 2030-cü ilədək 2 mlrd. insan mobil bankçılıqdan istifadə edəcək", - deyə analitik vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi