"Nikoil Bank"ın öhdəlikləri 12% azalıb

"Nikoil Bank"ın öhdəlikləri 12% azalıb Bu ilin ilk yarısında Bankın kapitalı 2 dəfə artıb
Maliyyə
6 Sentyabr , 2016 11:53
Nikoil Bankın öhdəlikləri 12% azalıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin cəmi aktivləri 2016-cı il iyulun 1-nə 526,802 mln. manat təşkil edib. "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin sonu ilə müqayisədə 7,57% azdır.

İyunun sonuna Bankın aktivlərinin 64,5%-ni və yaxud 340,011 mln. manatını kredit portfeli təşkil edib. Bu, 6 ay əvvələ nisbətən 11,17% azdır.

Son 6 ayda "Nikoil Bank"ın cəmi öhdəlikləri 11,77% azalaraq 483,955 mln. manat, cəmi kapitalı isə 2 dəfə artaraq 42,847 mln. manat olub. Öhdəliklərin 66,9%-ni və yaxud 323,954 mln. manatını depozit portfeli təşkil edib və bu, ilin əvvəlinə nisbətən 18,86% azdır.

İyulun 1-nə Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi 49,8 mln. manat olub. 

Xatırladaq ki, "Nikoil Bank" ASC 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 34,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 2 manat olan 17,25 mln. səhm əsasında formalaşıb. Səhmlərin 56,4%-i "Topaz İnvestments" QSC-yə, 42,6%-i "Nikoil" QSC-yə, 1%-i isə "ISR Holding" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi