"Nikoil Bank" depozit xəttini yeniləyib

"Nikoil Bank" depozit xəttini yeniləyib Yeni xətt "Nikoil Sabit" depozit məhsulu ilə təqdim edilib
Maliyyə
27 Sentyabr , 2016 15:42
Nikoil Bank depozit xəttini yeniləyib

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Nikoil Bank" ASC depozit xəttini yeniləyərək, onu öz müştəriləri üçün daha da cəlbedici edib. 

"Report"un banka istinadən verdiyi xəbərə görə, yeni depozit xətti "Nikoil Sabit" depozit məhsulu ilə təqdim edilib.

"Bankın təqdim etdiyi yeni faiz dərəcələri bazarın tələblərinə tam cavab verir, bu gün də gəlirlilik və etibarlılığının ən yaxşı birləşməsidir" - bankın açıqlamasında bildirilir. 

Xatırladaq ki, sentyabrın 21-də "Nikoil Bank"ın səhmdarları bankın nizamnamə kapitalının 150 mln. manata artırılacağını bəyan ediblər. Beləliklə, bu il oktyabr ayının sonuna qədər "Nikoil Bank"ın nizamnamə kapitalı 184,5 mln. manat təşkil edəcək.

Bu gün "Nikoil Bank" əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır.

Son xəbərlər

Orphus sistemi