​NASDAQ indeksi bu ilin rekord həddinə yüksəlib

​NASDAQ indeksi bu ilin rekord həddinə yüksəlib S&P 500 tarixi rekord səviyyəyə çatıb
Maliyyə
6 Avqust , 2016 14:11
​NASDAQ indeksi bu ilin rekord həddinə yüksəlib

Bakı. 6 avqust. REPORT.AZ/ ABŞ-ın texnologiya şirkətlərini özündə əks etdirən NASDAQ indeksi 5 221,12 bəndə çataraq 2016-cı ilin maksimal səviyyəsinə yüksəlib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu, ABŞ-da məşğulluq göstəricisinin proqnozlardan kifayət qədər yüksək olmasının açıqlanmasından sonra baş verib. 

Məlumata görə, avqustun 5-də "S&P 500" sənaye şirkətləri indeksi tarixi maksimal səviyyəyə - 2182,87 bəndə yüksəlib. 

Xatırladaq ki, ABŞ-ın əsasə fond birjası indeksi "Dow-Jones" da iyulun 20-də tarixi maksimal səviyyəsi olan 18 622,01 səviyyəsinə yaxınlaşıb və günü 18 543,53 bənd səviyyəsində tamamlayıb. Beləliklə, indesklər keçən il qlobal fond birjalarında baş verən sərt geriləmədən sonra yenidən əvvəlki səviyyələrə qayıdıb.

Qeyd edək ki, NASDAQ indeksinin tarixi maksimal qiyməti 2015-ci il iyulun 20-də 5 231,94 bənd səviyyəsində qeydə alınıb. 

"Report"un analitik qrupu hesab edir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) sentyabr ayında uçot dərəcələrini artırması ilə fond birjaları bir qədər geriləyə bilər. FES-in bu addımı atması sürətlə yüksələn səhm bazarlarının gələcəkdə kəskin geriləməsinin qarşısını vaxtında ala biləcək. Əks halda şirkətlərin yüksək gəlir əldə etmələri nəticəsində səhmlərin bahalaşması və inkişaf etmiş ölkələrin mərkəzi banklarının monetar ekspansiyası nəticəsində likvidliyin səhmlərə yönəlməsi səhm bazarında qiymətlərin spekulyativ artmasına və nəticədə yaxın gələcəkdə kəskin satışlara səbəb ola biləcək. 

Son xəbərlər

Orphus sistemi