Mərkəzi Bank: Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

Mərkəzi Bank: Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi 174 mln. manata çatıb
Maliyyə
11 İyul , 2016 15:56
Mərkəzi Bank: Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

Bakı. 11 iyul. REPORT.AZ/ Bu ilin may ayında POS-terminalllar vasitəsilə 39 mln. manat həcmində 816 min əməliyyat həyata keçirilib. 

Mərkəzi Bankdan "Report"a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ödənişlərin həcmində 25,8% artım, sayında isə əksinə 9,1% azalma müşahidə olunub. 

POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% artaraq cari ilin yanvar-may aylarında 174 mln. manata çatıb.

Bankomatlar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,5% azalaraq 23 mln. manat, sayı isə əksinə 69,4% artaraq 83 min ədəd olub.

Hesabata əsasən cari ilin yanvar- may aylarında ATM-lər vasitəsilə nağdsız ödənişlərin həcmi 5,5% azalaraq 120 mln. manat təşkil edib. Beləliklə, banmkomat və POS-terminalllar vasitəsilə cəmi nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% artaraq 294 mln. manata yüksəlib. 

Son xəbərlər

Orphus sistemi