MDB-nin TOP-200 reytinqində Azərbaycanın 7 bankı yer alıb

MDB-nin TOP-200 reytinqində Azərbaycanın 7 bankı yer alıb ABB bu siyahıda 20-ci sırada qərarlaşıb
Maliyyə
29 Sentyabr , 2016 16:21
MDB-nin TOP-200 reytinqində Azərbaycanın 7 bankı yer alıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ MDB ölkələrinin aparıcı 200 kommersiya bankının 2016-cı il üzrə reytinq sıralamasında Azərbaycanın 7 bankı yer alıb. 

"Report" xəbər verir ki, bu barədə "RİA Rating" tərəfindən hazırlanmış hesabatda bildirilir.

Hesabata görə, "Azərbaycan Beynəlxalq Bank" ASC 20-ci sırada yer alaraq Azərbaycan bankları arasında reytinqdə ən yüksək olub. "Pasha Bank" ASC - 97, "Kapital Bank" ASC - 108, "Xalq Bank" ASC - 128, "Accessbank" QSC - 155, "Unibank" ASC - 171 və "Bank Respublika" ASC 196-cı sırada qərarlaşıb. 

Qeyd edək ki, reytinq sıralamasında ilk 12 yeri Rusiya bankları tutub. İlk 20-likdə Azərbaycandan başqa Qazaxıstan, Belarus və Ukrayna bankları da yer alıb.

Son xəbərlər

Orphus sistemi