Latviya bankının Azərbaycandakı təmsilçisi bağlanıb

Latviya bankının Azərbaycandakı təmsilçisi bağlanıb "Baltikums International SLA" şirkəti Latviyanın "Baltikums Bank"ın strateji tərəfdaşıdır
Maliyyə
9 Sentyabr , 2015 11:22
Latviya bankının Azərbaycandakı təmsilçisi bağlanıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Latviyanın "Baltikums International SLA" şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib. "Report"un əldə etdiyi məlumata görə, şirkət kreditorlara müraciət edərək qeyd edib ki, onlar tələblərini iki ay ərzində bildirməlidir.

Məlumata görə, kreditorlar öz tələblərini şirkətin Bakı şəhəri, Bülbül prospekti,44 ünvanında yerləşən "Gulustan Residency"in 2-ci mərtəbəsində yerləşən ofisinə bildirməlidir.

Qeyd edək ki, "Baltikums International SLA" baş ofisi Riqada (Latviya) yerləşən "Baltikums Bank"ın strateji tərəfdaşıdır və xarici ölkələrdə onun maraqlarını təmsil edir.

Son xəbərlər

Orphus sistemi