Kseniya Yudaeva: "​Struktur islahatları aparılmasa, Rusiyada durğunluq davam edəcək"

Kseniya Yudaeva: "​Struktur islahatları aparılmasa, Rusiyada durğunluq davam edəcək" İnvestisiyaların ÜDM-də payı artmalıdır
Maliyyə
20 Aprel , 2016 11:47
Kseniya Yudaeva: ​Struktur islahatları aparılmasa, Rusiyada durğunluq davam edəcək

Bakı. 20 aprel. REPORT.AZ/ Əgər əmək məhsuldarlığının artırılması üçün məqsədyönlü struktur islahatları aparılmasa, iqtisadiyyatın diversifikasiyası həyata keçirilməsə Rusiyada iqtisadi artım tempi həmişə aşağı səviyyədə qalacaq. Bu açıqlamanı Rusiya Bankı (Mərkəzi Bankı) sədrinin birinci müavini Kseniya Yudaeva Ali İqtisadiyyat Məktəbindəki çıxışında bildirib.

"Report" xəbər verir ki, sədr müavini çıxışında, həmçinin qeyd edib ki, mikroiqtisadiyyat baxımından hər hansı bir layihənin həyata keçirilməsi üçün maliyyə vəsaiti tələb olunur və bunu da çap edərək təmin etmək olar. Makroiqtisadi baxımdan isə investisiyalar yığım və xarici kapital axını hesabına baş verir. Münbit investisiya mühiti olmadığı şəraitdə isə yığımlar investisiyalara transformasiya olmur, sadəcə, xaricə axır.

K.Yudaeva qeyd edib ki, son illərdə investisiyaların ÜDM-də payı azalmağa başlayıb: "İnvestisiyaların ÜDM-də xüsusi çəkisini artırmaq üçün iqtisadiyyatda adekvat gəlirliliyə malik uzunmüddətli resursların yaradılması əsas şərtdir. Bu səbəbdən dövlət xərclərinin optimallaşdırılması və effektivliyinin yüksəldilməsi ilə yanaşı, birbaşa investisiyaların cəlb olunması da vacib amildir".

Son xəbərlər

Orphus sistemi