​"Kredo Bank" yeni depozit kampaniyası keçirir

​"Kredo Bank" yeni depozit kampaniyası keçirir Kampaniya martın sonunadək davam edəcək
Maliyyə
14 Fevral , 2015 11:09
​Kredo Bank yeni depozit kampaniyası keçirir

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanın "Kredo Bank" ASC yaranmasının 21 illiyi ilə əlaqədar depozit dərəcələri ilə bağlı kampaniya keçirir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kampaniyaya əsasən, manat və dollarda 1 il və daha artıq müddətə yerləşdirilən depozitlərdə faiz dərəcəsi illik 12%, avroda isə 10% təşkil edir. Bu əmanətlər üzrə faizlərin aylıq çıxarılması mümkündür.

Bununla yanaşı bildirilir ki, 18 ay və daha artıq müddətə manat və dollar depozitlərində faiz dərəcəsi 13%, avroda 11%, 2 il və daha artıq müddətdə isə müvafiq olaraq 14% və 12%-dir. Bu əmanətlər üzrə faizlərin çıxarılması müddətin sonunda mümkündür.

Aksiya aprelin 1-dək davam edəcək.

Depozitin müddəti Faiz dərəcəsi Faizlərin çıxarılması
AZN USD EUR
12 ay və daha artıq          12%   12%    10%   aylıq 
18 ay və daha artıq                  13%     13%      11%     müddətin sonunda              
24 ay və daha artıq 14% 14% 12% müddətin sonunda

Son xəbərlər

Orphus sistemi