"JP Morgan"ın hesablarına müdaxilədə şübhəli bilinən haker Moskvada həbs edilib

"JP Morgan"ın hesablarına müdaxilədə şübhəli bilinən haker Moskvada həbs edilib Onun Azərbaycan üzərindən kredit ödənişləri həyata keçirdiyi bildirilir
Maliyyə
11 Oktyabr , 2016 16:19
JP Morganın hesablarına müdaxilədə şübhəli bilinən haker Moskvada həbs edilib

Bakı. 11 oktyabr. REPORT.AZ/ ABŞ-ın "JP Morgan" maliyyə korporasiyasının verilənlər bazasına müdaxilə etməkdə şübhəli bilinən ABŞ vətəndaşı Coşua Aaron Rusiyanın paytaxtı Moskvada həbs edilib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, o, bu ilin may ayında saxlanılıb.

Gecə saatlarında keçirilən yoxlamalar zamanı C.Aaronun viza rejimini pozduğu aşkar edilib. Amerikalının sənədlərinə baxış keçirilən zaman onun üçün 3 illik vizanın açıldığı üzə çıxıb. O, hər 6 aydan bir ölkəni tərk etməli olsa da, bunu etməyib. Rusiya məhkəməsi C.Aaronun 5 min rubl cərimə edilməsi və ölkəni məcburi tərk etməsi barədə qərar çıxarıb.

Bununla belə, araşdırma nəticəsində məlum olub ki, ABŞ vətəndaşı iki İsrail vətəndaşı - Ceri Şalon və Ziva Orenşteynla birlikdə 2007-2015-ci illərdə "JP Morgan"ın 100 mln.-dan artıq müştərisinin məlumatlarını əldə edib. Bu illər ərzində C.Aaron tez-tez Rusiyaya gəlib. Məlumata görə, Rusiyanın hüquq-mühafizə orqanları ABŞ hakimiyyəti və C.Aaronun vəkilləri ilə danışıqlar aparır. Tərəflər arasında onun ölkəsinə təhvil verilməsi və yenidən həbsi barədə sövdələşmə bu ay baş tuta bilər.

Minlərlə şəxsə 100 mln.-larla dollar ziyan vuran haker qrupunun Cənubi Afrika və Braziliyadakı kompüter şəbəkələrindən istifadə etdiyi, həmin pulları Kiprdə nağdlaşdırdıqları, kreditlərə görə ödənişləri isə Azərbaycan üzərindən həyata keçirdikləri bildirilir. 

Son xəbərlər

Orphus sistemi