​IFC aqrar sektorda yeni layihələrin icrasına başlayır

​IFC aqrar sektorda yeni layihələrin icrasına başlayır Bunlardan biri aqrar sığorta layihəsi olacaq
Maliyyə
4 Fevral , 2016 17:36
​IFC aqrar sektorda yeni layihələrin icrasına başlayır

Bakı. 4 fevral. REPORT.AZ/ IFC (Beynəlxalq Maliyyə Korporasiyası) Azərbaycanın aqrar sektorunda bir neçə layihənin reallaşdırılmasına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında IFC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib. 

A.Əzimova bildirib ki, bu il təşkilat aqrar sığorta layihəsinin icrasına başlayacaq: "Bu layihələr dəyər zəncirinin yaranmasına yardım edəcək və fermerin öz məhsulunu ixrac etməsinə şərait yaradacaq. Aqrar sığorta layihəsi isə həm də subsidiyalardan səmərəli istifadəyə şərait yaradacaq".

Son xəbərlər

Orphus sistemi