​İqtisadiyyat Nazirliyində BVF missiyası ilə görüş keçirilib

​İqtisadiyyat Nazirliyində BVF missiyası ilə görüş keçirilib Görüşdə Azərbaycanla BVF arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
Maliyyə
30 Yanvar , 2016 12:39
​İqtisadiyyat Nazirliyində BVF missiyası ilə görüş keçirilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Valyuta Fondunun (BVF) Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

"Report"un Nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və BVF arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi, dünya enerji bazarındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, hökumətin bu mənfi təsirlərin minimuma endirilməsi tədbirləri və ölkənin iqtisadi siyasətindəki prioritetlərə dair müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi