​Gürcüstanda milli valyutanın devalvasiyası davam edir

​Gürcüstanda milli valyutanın devalvasiyası davam edir Dolların məzənnəsi pik həddə çatıb və bu, daxili bazarda ajiotaja səbəb olub
Maliyyə
22 Sentyabr , 2015 16:04
​Gürcüstanda milli valyutanın devalvasiyası davam edir

Bakı. 22 sentyabr. REPORT.AZ/ Gürcüstanın milli valyutası - larinin devalvasiyasıdaxili bazarda ajiotaja səbəb olub. "Report" xəbər verir ki, ölkənin baş naziri İrakli Qaribaşvili larinin məzənnəsinin minimal həddə düşdüyünü, artıq böhranın əsas mərhələsinin geridə qaldığını və bundan sonra vəziyyətin sabitləşəcəyini vurğulayıb.

İ.Qaribaşvili xalqı təşvişə düşməməyə, sakitliyi qorumağa və yanlış ajiotaja yol verməməyə çağırıb. Baş nazir həmçinin media nümayəndələrini larinin məzənnəsi ilə bağlı məsuliyyətsiz bəyanatlar və xəbərlər yaymaqda ittiham edib. O, bu tip xəbərlərin xalqa zərər verəcəyini bildirib.

Qeyd edək ki, lari keçən ilin noyabr ayından zəifləməyə başlayıb. Yay mövsümündə larinin məzənnəsi sabitləşsə də, iyul ayının ortalarından yenidən azalma başlayıb və dolların məzənnəsi 2,25 lari, avqustda isə 2,30-2,35 lariyə çatıb, sentyabr ayı ərzində isə 2,44 GEL/USD-yə kimi geriləyib.

Son xəbərlər

Orphus sistemi