FES faizləri artıracaq

FES faizləri artıracaq ABŞ dollarının mərhələli şəkildə möhkəmlənməsi davam edəcək
Maliyyə
20 Sentyabr , 2016 14:39
FES faizləri artıracaq

Bakı. 20 sentyabr. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sistemi (FES) ilə qiymətli kağız ticarəti həyata keçirmək lisenziyasına sahib olan, 23 market-meyker bankdan 2-si - "BNP Paribas" və Barclays Plc" sabah FES-in uçot dərəcələrini artıracağını açıqlayıb. 

"Report", "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ilk dəfə iclasın keçiriləcəyi həftə iki market-meyker bank ümumi fikrin əksinə ehtimal irəli sürüb. 

Belə ki, bazar iştirakçıları FES-in sabah uçot dərəcələrini artırmaq ehtimalını 10%-dən aşağı qiymətləndirir.

"BNP Paribas"-ın Nyu-York ofisinin təmsilçisi, ABŞ bazarları üzrə iqtisadçı Laura Rosner bildirib: "Tam mükəmməl bir tarix yoxdur, iqtisadi göstəricilərdə hər zaman qeyri-müəyyənliklər olacaq. Son zamanlar işsizliyin azalması amilinin sabah ciddi şəkildə nəzərə alınacağını düşünürük".

"Barclays" bankının ABŞ bazarları üzrə iqtisadçısı Rob Martin isə bildirir ki, FES rəhbərliyinin "Jekson Holl"dakı açıqlamalarına əsaslanaraq təmsil etdiyi bank keçən ilin dekabr ayından etibarən faizin artırılması ilə bağlı fikrində qalır və bunun hər iclasda həyata keçirilməsinin zəruri olduğunu düşünür. 

"Report"un analitik qrupu hesab edir ki, FES uçot dərəcəsini sabah keçirəcəyi iclasda artırmasa da, mərhələli şəkildə yaxın 5 ildə yüksəltməyə davam edəcək. Bu da, ABŞ dollarının orta müddətdə möhkəmlənməsi ilə nəticələnəcək. Qısa müddətdə dolların Avropa, Böyük Britaniya və Yaponiyada mövcud problemlər, mənfi faizlər və s. problemlər səbəbindən güclənəcəyi gözlənilir. İlin sonuna qədər USD/EUR məzənnəsinin paritetə çatacağı proqnozlşdırılır. 

Son xəbərlər

Orphus sistemi