​Dünya bazarında avro yenidən ucuzlaşıb

​Dünya bazarında avro yenidən ucuzlaşıb Qızılın qiyməti isə bir qədər artıb
Maliyyə
9 Sentyabr , 2015 09:29
​Dünya bazarında avro yenidən ucuzlaşıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Sentyabrın 8-də Amerika fond bazarlarında Dow Jones indeksi 2,42% artaraq 16 492,68 bənd, S&P 500 2,51% bahalaşaraq 1 969,41 bənd, Nasdaq isə 2,73% irəliləyərək 4 811,93 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,18% irəliləyərək 6 146,10 bənd, Fransa CAC-40-ı 1,07% artaraq 4 598,26 bənd, Almaniya DAX-ı isə 1,61% bahalaşaraq 10 271,36 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,22% artaraq 1 123,40 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1170 (-0,40%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi