​Dünya bazarında avro və qızıl ucuzlaşıb

​Dünya bazarında avro və qızıl ucuzlaşıb Qərb indekslərinin əksəriyyəti mənfi dinamika nümayiş edib
Maliyyə
3 Dekabr , 2015 09:25
​Dünya bazarında avro və qızıl ucuzlaşıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Dekabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,89% ucuzlaşaraq 17 729,68 bənd, S&P 500 1,10% geriləyərək 2 079,51 bənd, Nasdaq isə 0,64% azalaraq 5 123,22 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,40% bahalaşaraq 6 420,93 bənd, Fransa CAC-40-ı 0,18% ucuzlaşaraq 4 905,76 bənd, Almaniya DAX-ı isə 0,63% geriləyərək 11 190,02 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,56% azalaraq 1 050,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0592 (-0,20%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi