Dünya bazarında avro və qızıl bahalaşıb

Dünya bazarında avro və qızıl bahalaşıb Qərbin əsas fond indeksləri yüksəlib
Maliyyə
13 Fevral , 2015 09:43
Dünya bazarında avro və qızıl bahalaşıb

Bakı. 13 fevral. REPORT.AZ/ Fevralın 12-də Amerika fond bazarında Dow Jones indeksində 0,62% artım müşahidə edilib və 17 972,38 bənd təşkil edib. S&P 500 0,96% artaraq 2 088,48 bənd, Nasdaq isə 1,18% artaraq 4 857,61 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,15% artaraq 6 828,11 bəndə, Almaniya DAX-ı 1,56% bahalaşaraq 10 919,65 bəndə, Fransa CAC-40-ı isə 1,00% artaraq 4 726,20 bəndə çatıb.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,57% bahalaşaraq 1 227,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1328 (+0,1%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi