​Dow Jones indeksi enib, S&P 500 isə yüksəlib

​Dow Jones indeksi enib, S&P 500 isə yüksəlib ABŞ-da istehlak etimadı indeksi 8 illik maksimuma çatıb
Maliyyə
17 Noyabr , 2014 05:08
​Dow Jones indeksi enib, S&P 500 isə yüksəlib
Bakı. 17 noyabr. REPORT.AZ/ Noyabrın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 17 635 bəndədək enib, S&P 500 0,02% - 2 040 bəndədək, Nasdaq 0,2% - 4 689 bəndədək yüksəlib. “Report”un xəbər verdiyi kimi, fond bazarına daxili makroiqtisadi statistika təsir edib. Belə ki, oktyabr ayında pərakəndə ticarətin həcmi aylıq müqayisədə 0,3% artıb. Eyni zamanda, istehlak etimadı indeksi noyabr ayında 89,4 bənd təşkil edib ki, bu da 2007-ci ilin martından sonra ən yüksək göstəricidir.

Avropa fond bazarlarında noyabrın 14-də FTSE 100 indeksi 0,3% - 6 654 bəndədək, Almaniya DAX-ı 0,1% - 9 253 bəndədək, Fransa CAC-40-ı isə 0,4% - 4 203 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 2,1% artaraq 1 185,60 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2525 dollar (+0,4%) təşkil edir.

Son xəbərlər

Orphus sistemi