​"Dəmirbank" müştərilərə yeni xidmət təklif edib

​"Dəmirbank" müştərilərə yeni xidmət təklif edib Bank bazara "Plastik kartla yığım əmanəti"ni çıxarıb
Maliyyə
2 Fevral , 2016 13:23
​Dəmirbank müştərilərə yeni xidmət təklif edib

Bakı. 2 fevral. REPORT.AZ/ “Dəmirbank” ASC müştərilərinə yeni “Plastik kartla yığım əmanəti” məhsulunu təklif edib. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, vəsaitə ehtiyac yarandıqda yığım kartından pul çıxarmaq və ya digər kartlarda olduğu kimi ödənişlər zamanı istifadə etmək mümkündür.

Bununla bərabər, əmanətçilər istifadə olunmayan və kartda qalan vəsaitdən illik 5%-dək gəlir qazanmaq imkanını əldə edirlər. Plastik kart Bank tərəfindən müştəriyə hədiyyə olunur. Əmanət maksimum 1 illik olmaqla, AZN və USD-də açıla bilər.

Qeyd olunan əmanət növündə vəsaitin artırılmasına və istənilən zaman cəriməsiz çıxarılması mümkün olduğu üçün hesaba hətta 1 AZN-in (USD) əlavə edilməsi mümkündür. Müştərilər vəsaitləri “Dəmirbank”a məxsus istənilən ATM və POS-terminal vasitəsilə nağdlaşdırıldıqda komissiya haqqı tutulmur.

Son xəbərlər

Orphus sistemi