Daha bir bank dövlət qulluqçuları üçün kredit kampaniyası keçirir

Daha bir bank dövlət qulluqçuları üçün kredit kampaniyası keçirir Bu, xüsusi aksiya həm manat, həm də dollar kreditlərinə şamil olunur
Maliyyə
23 İyun , 2015 17:38
Daha bir bank dövlət qulluqçuları üçün kredit kampaniyası keçirir

Bakı. 23 iyun. REPORT.AZ/ "Unibank" ASC dövlət qulluqçularının peşə bayramı və Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq iyunun 24-dən iyulun 1-dək komissiyasız kredit kampaniyası keçirir. 

"Report"un bankın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, kampaniya çərçivəsində dövlət qulluqçuları və Silahlı Qüvvələrin əməkdaşları "Unibank"ın filiallarına müraciət edərək komissiyasız nağd kredit əldə edə biləcəklər.

Məlumata görə, bu xüsusi aksiya həm manat, həm də dollar kreditlərinə şamil olunur. Komissiyasız və sərfəli nağd kreditin şərtlərindən Silahlı Qüvvələrin bütün zabit və gizirləri, həmçinin 70-dən çox nazirlik, dövlət komitələri və digər dövlət orqanlarının əməkdaşları faydalana bilər.

Son xəbərlər

Orphus sistemi