​Çinin valyuta ehtiyatları rekord həcmdə azalıb

​Çinin valyuta ehtiyatları rekord həcmdə azalıb Yanvarda ehtiyatların 3 trln. dollardan aşağı düşməsi proqnozlaşdırılır
Maliyyə
7 Yanvar , 2016 14:59
​Çinin valyuta ehtiyatları rekord həcmdə azalıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Dünyanın ən böyük qızıl-valyuta ehtiyatlarına sahib olan Çinin bu resursları 2015-ci ilin yekununda 512,66 mlrd. ABŞ dolları və ya 13,3% azalıb. Bunu "Reuters" agentliyi Çin Xalq Bankına istinadən xəbər verib. 

Təkcə dekabr ayında Çinin ehtiyatı 108 mlrd. dollar və ya 3,1% azalaraq 3,33 trln. dollara düşüb. Bu il yanvarın 1-nə qızıl ehtiyatları 610 min unsiya və ya 1,1 % artaraq 56,66 mln. unsiyaya çatıb. Qeyd edək ki, dekabrda valyuta ehtiyatlarının son 3 ilin rekord həddinə qədər azalması Çin Xalq Bankının yuanı dəstəkləməsi üçün valyuta intervensiyası siyasəti nəticəsində baş verib.

"Report"un analitik qrupu hesab edir ki, bu ilin yanvar ayında da Çin Xalq Bankının yuanı dəstəkləməsi üçün valyuta sataraq intervensiya etməsi davam edəcək. Nəticədə Çinin qızıl-valyuta ehtiyatları 3 trln. dollardan aşağı düşəcək.

Son xəbərlər

Orphus sistemi