"Cənub Qaz Dəhlizi" şirkəti fevralda istiqraz emissiyasına hazırlaşır

"Cənub Qaz Dəhlizi" şirkəti fevralda istiqraz emissiyasına hazırlaşır Bu istiqraz emissiyası 2 mlrd. dollar həcmində proqnozlaşdırılır
Maliyyə
28 Yanvar , 2016 17:32
Cənub Qaz Dəhlizi şirkəti fevralda istiqraz emissiyasına hazırlaşır

Bakı. 28 yanvar. REPORT.AZ/ "Cənub Qaz Dəhlizi" şirkəti fevralda beynəlxalq bazarlarda istiqraz emissiyasının yerləşdirilməsini nəzərdə tutur. "Report" xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, bu istiqraz emissiyası 2 mlrd. dollar həcmində proqnozlaşdırılır.

O bildirib ki, həmin istiqrazlar üzrə dövlət zəmanəti təqdim edilə bilər: "Cənub Qaz Dəhlizi" şirkəti tərəfindən artıq maliyyə məsləhətçisi cəlb olunub. İstiqrazların buraxılması üçün aparıcı menecerlər də seçilib. Bu, 3 bankdır - "Citi Bank", "UniCredit", "JP Morgan"dır".

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" şirkətində İqtisadiyyat Nazirliyi 51%, SOCAR isə 49% paya malikdir.

Son xəbərlər

Orphus sistemi