Bugünkü valyuta hərracına 50 mln. dollar çıxarılıb

Bugünkü valyuta hərracına 50 mln. dollar çıxarılıb Mərkəzi Bankın manat intervensiyasının davam edəcəyi gözlənilir
Maliyyə
10 May , 2016 10:45
Bugünkü valyuta hərracına 50 mln. dollar çıxarılıb

Bakı. 10 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərracına 50 mln. ABŞ dolları məbləğində valyuta kütləsi çıxarılıb.

"Report" xəbər verir ki, ən son hərrac mayın 5-də olub və ARDNF tərəfindən valyuta hərracına çıxarılan 50 mln. dollarlıq vəsaitin 40,8 mln. dolları 7 kommersiya bankına satılıb. Daha 5 mln. dolları isə Mərkəzi Bank alıb. Yəni, hərraca çıxarılan valyuta kütləsinin 91,6%-i satılıb.

"Report"un analitik qrupu qeyd edir ki, bugünkü hərracda da AMB-nin manat intervensiyasını davam etdirəcəyi və valyuta alacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi