Bu ay ​"Amrahbank" 1,9 mln. dollarlıq istiqraz satıb

Bu ay ​"Amrahbank" 1,9 mln. dollarlıq istiqraz satıb "Amrahbank" ASC-nin istiqrazlarının satışı üzrə 3 əqd bağlanılıb
Maliyyə
16 Avqust , 2016 14:34
Bu ay ​Amrahbank 1,9 mln. dollarlıq istiqraz satıb
Report

Bakı. 16 avqust. REPORT.AZ/ Bu ay "Bakı Fond Birjası" QSC-də (BFB) "Amrahbank" ASC-nin istiqrazlarının satışı üzrə 3 əqd bağlanılıb. "Report" BFB-yə istinadən xəbər verir ki, əqdlərə avqustun 5-də, 9-da və 10-da imza atılıb.

Bu əqdlər Bankın hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 19 037 istiqrazının (1 903 700 dollarlıq) alqı-satqısını nəzərdə tutur. İstiqrazlar ilkin bazarda əldə edilib.

Xatırladaq ki, "Amrahbank"ın istiqraz emissiyası ötən ilin sonuna yaxın dövlət qeydiyyatına alınıb. Emissiya kütləvi təklif üsulu ilə 10 mln/ dollarlıq - hər birinin nominal dəyəri 100 dollar olan 100 min istiqrazın realizə edilməsinə hesablanıb.

İstiqrazların tədavül müddəti 6 il 1 ay, gəlirliliyi illik 9%, faizlərin ödənilmə dövrü isə 3 aydan birdir. Yerləşdirmənin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir. İlin əvvəlindən bəri istiqrazların təxminən 70%-nə müştəril tapıldığı bildirilir.

Xatırladaq ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39 844 400 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 100 manat olan 398 844 səhm əsasında formalaşıb. Səhmlərin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə, 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

Son xəbərlər

Orphus sistemi