Birinin nominal dəyəri 200 manat olan 5 000 ədəd səhmin yerləşdirilməsi yekunda Şirkətə ümumilikdə 1 mln. manat gəlir gətirib.
Xatırladaq ki, Maliyyə Nazirliyinin tələbinə uyğun olaraq sığorta şirkətlərinin kapitalına minimum tələb 5 mln. manat təşkil edir və noyabrın 4-də Nazirlik “Başak-İnam" sığorta şirkətinin kapitalını yetərsiz hesab edib və şirkətin lisenziyasını dayandıraraq 6 ay müddətində kapital yetərsizliyini aradan qaldırmağı tələb edib.
Şirkətin səhmdarlarının noyabrın 7-də keçirilmiş növbədənkənar toplantısında “Başak İnam”ın kapitalının ümumilikdə 3 mln. manat artırılması qərara alınıb.
Qeyd edək ki, “Başak-İnam"ın son emissya prospektində sığorta şirkətinin nizamnamə kapitalı 6 mln. manat həcmində göstərilib. Bu səhm emissiyasını yerləşdirməklə və şirkət nizamnamə kapitalını 16,7% artıraraq 7 mln. manata çatdırdığını bildirir.