"Başak İnam Sığorta"nın daxilolmaları 38% azalıb

"Başak İnam Sığorta"nın daxilolmaları 38% azalıb Hesabat dövründə sığorta şirkətinin ödənişləri də azalıb
Maliyyə
23 Avqust , 2016 11:37
Başak İnam Sığortanın daxilolmaları 38% azalıb

Bakı. 23 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında "Başak İnam Sığorta" ASC-nin yığımları 459 798 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,57% azdır.

Hesabat dövründə "Başak İnam Sığorta"nın ödənişləri də azalıb. Belə ki, Şirkət 7 ay ərzində 109 084 manat ödəniş edib və bu, illik müqayisədə 70,87% azdır.

Cari ilin yanvar-iyul aylarında "Başak İnam Sığorta" topladığı hər 100 manat sığorta haqqının 23,72%-ni müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyulunda 50,84% olub.

Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 35 000 səhm əsasında formalaşıb. Səhmlərin 24,24%-i hazırda ləğvetmə prosesində olan "Zaminbank" ASC-yə, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 49,27%-i isə Şirkətin Direktorlar Şurasının sədri Akif Kərimov də daxil olmaqla 17 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi