​"Bank VTB (Azerbaijan)" ölkədə ilk dəfə daxili əməliyyatlarda "Asan İmza"nı tətbiq edib

​"Bank VTB (Azerbaijan)" ölkədə ilk dəfə daxili əməliyyatlarda "Asan İmza"nı tətbiq edib "Asan İmza"nın tətbiqi bankın xərclərini azaldacaq
Maliyyə
13 Noyabr , 2015 17:22
​Bank VTB (Azerbaijan) ölkədə ilk dəfə daxili əməliyyatlarda Asan İmzanı tətbiq edib

Bakı. 13 noyabr. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC öz daxili əməliyyat sistemində “Asan İmza” xidmətini tətbiq edib. Bu, Azərbaycan bank sektorunda ilk belə layihədir. "Report"un Banka istinadən verdiyi xəbərə görə, yenilik nəticəsində Bankın elektron kargüzarlığı mobil elektron imzanı dəstəkləyəcək ki, bu da kredit təşkilatının daxilində qərarların qəbul olunması prosesini asanlaşdıracaq və bankın xərclərini azaldacaq.

“Asan İmza”nın tətbiqi, həmçinin "Bank VTB (Azərbaycan)"a öz filial şəbəkəsinin idarə olunmasını təkmilləşdirməyə və bütün əməliyyatların vahid elektron sənəd dövriyyəsi sisteminə birləşməsinə imkan verəcək.

“Asan İmza” mobil telefonu elektron şəxsiyyət vəsiqəsi və sənədlərin imzalanması aləti kimi istifadə etməyə imkan verən texnologiyadır. “Asan İmza”nın əsas üstünlüyü smart-kartın oxunması üçün əlavə cihaz və proqram təminatının tələb olunmamasıdır. Bu xidmətdən istifadə üçün mobil telefon və rəqəmsal autensifikasiya və imza açarlarının saxlanıldığı SİM-kart kifayət edir.

“Asan İmza” sistemində istifadə olunan autensifikasiya və elektron imza sertifikatı Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilir.

Qeyd edək ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. "Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarları "VTB Bank" və “AtaHolding” ASC-dir. Bu gün bank 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi