“Bank Standard”ın lisenziyası ləğv edilib

“Bank Standard”ın lisenziyası ləğv edilib Qərar Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən verilib
Maliyyə
30 Sentyabr , 2016 18:59
“Bank Standard”ın lisenziyası ləğv edilib

Bakı. 30 sentyabr. REPORTAZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə “Bank Standard” QSC-nin lisenziyası ləğv edilib.

“Report” xəbər verir ki, bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu qərar Bankın yeni menecmenti, eləcə də 2016-c il iyulun 4-dən ona sağlamlaşdırıcı (sanator) təyin edilmiş “Azər-Türk Bank” ASC-nin müraciəti əsasında qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi