"Bank Standard"ın əmanətçilərinə kompensasiya sabah da ödəniləcək

"Bank Standard"ın əmanətçilərinə kompensasiya sabah da ödəniləcək Bu, Bankın əmanətçilərinin sayının çoxluğu ilə bağlıdır
Maliyyə
14 Oktyabr , 2016 17:48
Bank Standardın əmanətçilərinə kompensasiya sabah da ödəniləcək

Bakı. 14 oktyabr. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin 3 mindən artıq əmanətçisinə indiyə qədər 100 mln. manata yaxın kompensasiya ödənilib. Bu barədə "Report"a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

Məlumatda deyilir ki, Bankın əmanətçilərinin sayının çoxluğu, onların arasında sosial baxımdan həssas insanların olması nəzərə alınaraq kompensasiyaların verilməsi sabah (şənbə günü) saat 10:00-dan 15:00-a kimi də həyata keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi