​"Bank Avrasiya"nın aktivləri yenə artıb

​"Bank Avrasiya"nın aktivləri yenə artıb Mayın sonuna Bankın aktivlərinin 70%-ni və yaxud 86,912 mln. manatını müştərilərə verilən kreditlər təşkil edib
Maliyyə
4 İyul , 2016 18:00
​Bank Avrasiyanın aktivləri yenə artıb

Bakı. 4 iyul. REPORT.AZ/ Bu il iyunun 1-nə "Bank Avrasiya" ASC-nin cəmi aktivləri 124,099 mln. manat təşkil edib. 

"Report" bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, may ayının 1-i ilə müqayisədə 1,2%, ilin əvvəlinə nisbətən isə 0,6% çoxdur.

"Bank Avrasiya"nın beş ayda cəmi öhdəlikləri 4,8% azalaraq 68,71 mln. manat, cəmi kapitalı isə 8,3% artaraq 55,389 mln. manat olub.

Mayın sonuna Bankın aktivlərinin 70%-ni və yaxud 86,912 mln. manatını müştərilərə verilən kreditlər təşkil edib. Ötən ilin sonu ilə müqayisədə "Bank Avrasiya"nın kredit portfeli 8,7% böyüyüb. Bankın depozit portfeli isə 5 aylıq nisbətdə 2,8% azalaraq 28,372 mln. manat olub.

Yanvar-may aylarında "Bank Avrasiya"nın faiz gəlirləri 5,289 mln. manat, faiz xərcləri 1,406 mln. manat, qeyri-faiz gəlirləri 584 min manat, qeyri-faiz xərcləri 1,342 mln. manat təşkil edib. Beləliklə, Bankın xalis əməliyyat mənfəəti 3,126 mln. manat olub.

"Bank Avrasiya" həmçinin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına çəkdiyi xərcləri 1,117 mln. manat azaldıb. Bununla da, Bank 2016-cı ilin ilk 5 ayını 4,243 mln. manat xalis mənfəətlə başa vurub. 

Son xəbərlər

Orphus sistemi