​Bakıda "Bank VTB"nin Müşahidə Şurasının iclası keçirilib

​Bakıda "Bank VTB"nin Müşahidə Şurasının iclası keçirilib Bu, Bankın tarixində Müşahidə Şurasının Rusiyadan kənarda keçirdiyi ilk iclas olub
Maliyyə
23 Oktyabr , 2014 09:11

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakıda Rusiyanın "Bank VTB" ASC-nin Müşahidə Şurasının iclası keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Fondunun İctimaiyyətlə əlaqələr İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakıda keçirilən iclas "Bank VTB"nin tarixində Müşahidə Şurasının Rusiya Federasiyasından kənarda keçirdiyi ilk iclas olub.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Bankın Müşahidə Şurasının müstəqil üzvü kimi iclasda iştirak edib. Tədbirin keçirilməsi ilə əlaqədar Bankın İdarə Heyətinin sədri, Müşahidə Şurasının üzvü Andrey Kostin Bakıya səfər edib.

İclasda Bankın fəaliyyətinə dair müxtəlif məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi