​Azərbaycanın xalis maliyyə aktivləri 8% artıb

​Azərbaycanın xalis maliyyə aktivləri 8% artıb Xalis maliyyə aktivlərinin həcmi 6 mlrd. dolları üstələyib
Maliyyə
12 Sentyabr , 2014 07:23
​Azərbaycanın xalis maliyyə aktivləri 8% artıb

Bakı. 12 sentyabr. REPORT.AZ/. Azərbaycanın 2014-cü ilin yanvar-iyun ayları üzrə tədiyyə balansında ölkənin xalis maliyyə aktivlərinin 6,046 mlrd. ABŞ dolları təşkil etdiyi bildirilir ki, bu da illik müqayisədə 8,3% çoxdur. “APA-Economics”in xəbər verdiyi kimi, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (367,2 mln. dollar), portfel investisiyaları (104,8 mln. dollar) və digər investisiyalar (5 573,6 mln. dollar) hesabına formalaşıb.

(mln. dollar)

Aktivlər Öhdəliklər
Birbaşa investisiyalar 367,2 2 071,4
- neft-qaz sektoru 266,8 1 518,8
- digər sektorlar 100,4 552,6
Portfel investisiyaları 104,8 1 747,7
Digər investisiyalar 5 573,6 716,2
- ticarət kreditləri və avanslar 2 923,1 73,7
- kreditlər və ssudalar 56,9 505,2
- depozitlər və nağd valyuta 2 593,6 137,3
Neft bonusu 0,0 17,0
CƏMİ 6 045,6 4 552,3

Mərkəzi Bankın tədiyyə balansına dair şərhində deyilir ki, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3,9 mlrd. dollar olub ki, bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 85,3% təşkil edir. Cəlb olunmuş sərmayələr iri neft-qaz layihələri, əsasən “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” layihələri üzrə görülən işlərin maliyyələşdirilməsi ilə əlaqədar ölkə iqtisadiyyatında istifadə olunub. Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 569,0 mln. dollar olub. Bu da ölkəyə cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcminin 14,7%-ni təşkil edir.

Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 56,9 mln. dollar, xalis maliyyə öhdəlikləri isə 505,2 mln. dollar artıb. Xalis maliyyə öhdəlikləri birbaşa dövlət və dövlət təminatlı kreditlər hesabına 151,8 mln. dollar, banklar hesabına 192,1 mln. dollar, digər müəssisələr və firmalar hesabına 161,3 mln. dollar artıb.

Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 2,6 mlrd. dollar, xalis maliyyə öhdəlikləri isə 137,3 mln. dollar artıb. 

Son xəbərlər

Orphus sistemi